Azərbaycan atalar sözləri

Abad məclis aşığından bəllidir.
Abadan kənd tüstüsündən bəlli olar.
Abbas Abbasdan, Abbas da kor Abbasdan.
Abbasını bəyənməyən beş şahı çıxardar.
Abdaldan paşa olmaz, taxtadan – maşa.
Abdal at mindi, özün bəy sandı.
Abdal düyündən, uşaq oyundan usanmaz.
Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
Abır harda, çörək orda.
Ac acı dalayar, tox toxu yalayar.
Ac adam özünü oda vurar.
Ac adamı qurd yeməz.
Ac ayı oynamaz.
Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
Ac it gəlmiş, tox itin dalın yalayar.
Ac toyuq yuxusunda darı görər.
Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
Aca nə halal, nə haram?!
Acı dindirmə, toxu tərpətmə.
Acın andı and olmaz.
Acın gözü çörək təknəsində olar. Oxumağa davam et

Qadınlar))

Xanımı gözəl olan adam xoşbəxt olar. Gözəl olmayan isə filosof…

-Sokrates-

Bir kişi ölərkən tərpənən son yeri, ürəyidir. Bir qadın ölərkən, dili..

-Corc Chapman-

Kişi hiss etdiyi, qadın göründüyü yaşdadır.

-Moltimer Collins-

Qadın dalınca qaçmanın zərəri yoxdur. Zərəri verən onları tutmaqdır.

-Jack Davies-

Bir çox kişi müvəffəqiyyətini ilk xanımına borcludur. ikinci xanımını da müvəffəqiyyətinə..

-Jim Backus-

Qadına inanan, özünü aldadar. inanmayan da qadını aldadar.

-Çin Atalar sözü-

Erkən qalxmayan arvad, söz dinləməyən övlad, mahmızla getməyən at; qabında varsa qaldır at.

-Türk Atalar sözü-

Zəngin dullar bir gözləriylə ağlıyarlar, o birisini qırparlar.

-Miguel Də Cervantes- Oxumağa davam et

Çin Atalar Sözləri

*Qadına inanan, özünü aldadar. İnanmayan da qadını aldadar.

*Divar inşa edildikdən sonra divarçı unudular.

*Dünyada üç şey saxlana bilməz: eşq, tüstü və pulsuzluq!

*Az toyuq az yumurta, çox toyuq çox yumurta

*Həddindən artıq sıxlıq və izdiham toyuq hini normaldan az yumurta çıxarar.

*Atı yəhərinə görə qiymət biçmə.

*Ağıllı bir adam tək öz təcrübələrindən, çox ağıllı bir adam başqalarının da təcrübələrindən faydalanar.

*Ağıllı adam dəlini danlamaz.

*İzah etsəniz unudaram, Göstərsəniz xatırlayaram, Etdirsəniz anlayaram.

*Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir. Ancaq çıxarkən gördüyün mənzərə fərqlidir.

*Dünyada qüsursuz iki insan vardır. Biri ölmüşdür, o biri isə doğulmamışdır.

*Dərin olan quyu deyil qısa olan ipdir.

*Evlilik qala kimidir, xaricindəkilər girməyə, içindəkilər çıxmağa məşğul olarlar.

*Erkən qalxmayan arvad, söz dinləməyən övlad, mahbuzla getməyən at qapında varsa qaldır at.

*Əgər Tanrı yağış yağdırmaq və anan ikinci dəfə evlənmək istəsə, buna kimsə mane ola bilməz.

*Çox mal göz çıxarmaz amma çox mal cəhənnəmə kötükdür.

*Günəşin doğuşundan batışına qədər tələsik iş edənlər uzun yaşamazlar.

*Nə qədər dönsən dön, qıç yenə arxandadır.

*Oturaraq edə biləcəyin heç bir şeyi ayaqda, yataraq edə biləcəyin heç bir şeyi oturaraq etmə.

Gənclik

Gəncliyin və sağlamlığın dəyəri itiriləndən sonra bilinər..[ Həzrəti Əli əleyhissalam ]

İstəyə gənclikdə mümkündür çatmaq,

Qocalıq gəldimi,axtar bir bucaq..[ Nizami Gəncəvi ]

Gənclik zamanı günlər qısa, illər uzun, qocalıq zamanı isə günlər uzun, illər qısa.. [ İmmanuil Kant ]

Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız, orada kicitkən və tikandan başqa bir şey tapa bilməzsiniz.. [ İohan Vilhelm Snelman ]

Gənclik yeni nəsil deməkdir.Kökünə bağlı,əcdadının yolu ilə gedən,milli,mənəvi dəyərlərinə, sadiq,əyilməz,alnıaçıq,həm də dükənməz gücdür..[ “Fyüzat” jurnalından ]

Zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmandır.. [ “Fyüzat” jurnalından ]

Ömrün ən təhlükəli dövrü gənclikdir..[ Corc Noel Qordon Bayron ]

Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var.. [ Nikolay Vasilyeviç Qoqol ]

Cavanlıqda odun yığsan, qocalıqda üşüməzsən..[ Afrika atalar sözü ]

Gənclik,əlbəttə, başqa nemətdir,

Unutulmaz böyük səadətdir.. [ Hüseyn Cavid ] Oxumağa davam et

MÜHARİBƏ-QƏLƏBƏ-MƏĞLUBİYYƏT HAQQINDA

1. Məğlubiyyətin oyatmadığı insan heç vaxt qalib gələ bilməz!

2. Qalib xatirələrlə, məğlub intiqam hissi ilə yaşayır!

3. Məğlub etdiyin rəqibi düşmənə çevirmək qələbəni əldən verməkdir!

4. Qələbə yalnız güclülərə yox, həm də səbrli və bacarıqlı olanlara qismət olur!

5. Revanşa cəhd etməyən ikiqat məğlubdur!

6. Çox nəhəng qələbələrin ağırlığı bə’zən qalibləri məhv edir!

7. Öz-özünə qalib gəlməyi bacaran başqasına məğlub olmaz!

8. Döyüşə gedəndə məğlubiyyət haqqında düşünmə, məğlub olandan sonra isə yadından çıxarma!

9. Məğlubiyyət qaçılmaz olanda yalnız axmaqlar ondan qaçmağa cəhd edər!

10. Məğlubiyyəti döyüşə-döyüşə qəbul etmək – yarımçıq qələbədir!

11. Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur!

12. Hansı ad altında başlanmasından asılı olmayaraq son nəticədə müharibə sadəcə insan qırğınıdır!

13. Sülh vaxtı adam öldürmək cinayət, müharibə vaxtı qəhrəmanlıq sayılır!

14. Heyvanlar müharibə etməyi bacrasaydılar ilk müharibələri insanlara qarşı olardı!

15. Güc nisbətdən bilinir. Qarışqa çox kiçik olsa da, bədən nisbətinə görə fildən güclüdür!

16. Güc həqiqətə qalib gələ bilər, amma onu diz çökdürə bilməz!

17. Bəladan qaçmağa gecikəndə onu qarşılamağa tələsməliyik! Oxumağa davam et

Fikirlər

  • “Dostlarım için sırtımı köprü yapmaya hazırım ben; yeter ki temiz kalpleri taşıyan ayaklar geçsin üstümden.” Balzac

  • “Hiç kimse vazgeçilmez değildir,

             Vazgeçtiklerim bunu iyi bilir…” Paulo Coelho

  • “Bazen tek ihtiyacımız olan bir el ve bizi anlayacak bir yürektir.” Can Yücel
  • “Ayna benim en iyi arkadaşımdır.
    Çünkü ben ağladığımda, o asla gülmez.” Charlie Chaplin
  • “Kalbi kırdıktan sonra gelen özür, doyduktan sonra sofraya gelen tuz gibidir. İhtiyaç kalmaz.” Pablo Neruda
  • “Yaşam, çok zalim bir öğretmendir. Önce sınav yapar, sonra dersi verir.” Andre Gide
  • “Dostu uğrunda ölmek kolay, fakat uğrunda ölünecek dostu bulmak zordur.” Nazım Hikmet Oxumağa davam et

Düşüncələr

  1. Ağılın və elmin üç böyük düşməni vardır: Pislik, məlumatsızlıq və tənbəllik.
  2. Beynim süngər kimi olsaydı. Öyrəndiyim lazımsız məlumatlardan təmizləmək üçün arada bir çıxarıb sıxmaq istərdim.
  3. Ağıl hər şəy olduğunu zənnedəcək qadar heçbir şey; heçbir şey olduğunu biləcək qədər hər şeydir.
  4. Aşılmasına imkan olmayan heç bir divar yoxdur. 
  5. Ağlayaram, ağlada bilməm, hiss edərəm, söyləyə bilməm. Dili yox ürəyimin ondan nə qədər bezaram. MƏMMƏD AKİF ƏRSOY

    Kitab

  6. Eqoizm dostluğun zəhəridir. BALZAC
  7. İnsanın mayası ağıldır.Ağılı olmayanın dini də olmaz. (Həzrəti Muhəmməd s.ə. a.v)
  8. İnsana arxadır onun kamalı,
    Ağıldır hər kəsin dövləti,malı. (Nizami Gəncəvi)
  9. Bütün nemətlərin başlanğıcı və sonu ağıldır. (Epikür)
  10. Ağıl insan üçün ən gözəl zinətdir.
  11. Biz yalnız ağıl və biliyimiz sayəsində yaxşı və ya pis,xoşbəxt və ya bədbəxt oluruq. (Epiktet)
  12. Ağıllı insanlar cəmiyyətin qan damarıdır. (Daniel Defo)
  13. Dəmir işlənməyəndə paslanır,su bir yerdə qalanda iylənir,insan ağlı isə tətbiq edilmədikdə kütləşir. (Leanardo da Vinçi)
  14. Dərrakə çox vaxt yatır,onu oyatmasan,həmişə yuxulu olur. (Uilyam Şekspir)
  15. Ağıl sonradan ah çəkmək üçün deyil, əvvəlcədən düşünüb tədbir görmək üçündür. (Cəlaləddin Rumi)