Vampir

Yəqin ki, bu halla çoxumuz rastlaşmışıq.-Birisi ilə ünsiyyətdən sonra ondan ayrılan kimi özümüzdə halsızlıq, başağrısı, yorğunluq hiss edirik.

 

Ya da ki, adi iş günlərindən biridir.Həmişəki kimi səhər yeməyini yeyib evdən çıxıb işə gedirik.Gündəlik iş rejimi, iş görüşmələrindən başqa fərqli bir şey olmur.Amma işdən dönüncə özümüzü çox yorğun, əzgin, yuxulu (axşama isə hələ xeyli var) hiss edirik.Əhvalımız da ki, sıfır səviyyəsindədir.

 

Görəsən niyə belə olur? Bunun səbəbi nədədir?Ya kimdədir?Səbəb budur:-həmin gün hansısa energetik vampirlə üsniyyətdə olmuşuq.O isə bizim bütün enerjimizi “sorub”.

 

Bu gün Energetik vampirlər haqda danışacağıq.Əvvəlcə “vampir” anlayışına gələk.Bilirik ki, “vampirlər” Qərb mifologiyasında əsasən gecələr “ova çıxan”, insan qanıyla qidalanan varlıqlar olub.

 

Energetik vampirlər-ətrafındakı insanların enerjisini soranlardır.

 

Donorlar isə-enerjisi energetik vampir tərəfindən sorulan “qurban”lardır.Hətta yaxınlığında olmasa belə energetik vampir öz qurbanını düşünərək onun enerjisini “sora” bilər.Onlar başqa ölkələrdə yaşasalar belə.Bu belə olur:Energetik vampirin enerjisi tükənən kimi o dərhal başlayır donoru düşünməyə.Fikri ilə onun aurasna daxl olub onun enerjisini “sormağa” başlayır.Enerjisini “sorub” rahatlaır.Donorsa gündən-günə saralıb-solur.

Oxumağa davam et

Advertisements

Gəlin temperament tipimizi müəyyənləşdirək:

FLEQMATİK-sakit nitqə malikdir.Sakit və soyuqqanlıdır,təmkinlidir,əhtiyyatlı və ağılla hərəkət ədir.Az ünsiyyətlidir.Səbrlidir.Astagəldir.İşdə səliqəli və intizamlıdır.Başladıgı işi sona çatdırır,yəni şəraitə çətin alışır.Öz həyəcanının qarşısını asanlıqla ala bilir.İlk baxışdan adama elə gəlir ki,qarşımızda bütün hisslərdən məhrum bir insan durub,bu emosional kütlük bəzilərini əsəbiləşdirir,digərlərində isə ona qarşı qibtə və hörmət hissi doğurur.Soyuqqanlı,çox işgüzardır.Hər şeyi əvvəlcədən planlaşdırır və düşünür.İşdə öz sistemi var.Qayda-qanunu sevir,ciddi intizam onu qorxutmur.Astagəlliyinə baxmayaraq hər şəyi çatdırır.Çox ehtiyyatlı insandır,panikaya düşmür,inadla işləyir.Hərəkətləri çox səliqəlidir, başladıqlari işi sona çatdirmağa çalışır.Dinamik şərait onun üçün psixoloji diskonfort yaradır.Bu cür vəziyyət davam etdikcə psixi enerjisi tükənir,onda insanlarla avtoritar unsiyyət,əsəbilik təzahür edir.Fleqmatik bir neçə işlə eyni zamanda məşgul olmagı bacarmır.Çətin dostlaşır,amma bu ömürlük olur.Gözləməyi bacarır,həmişə köməyə hazırdır,etibarlıdır…..
Oxumağa davam et

Azərbaycan atalar sözləri

Abad məclis aşığından bəllidir.
Abadan kənd tüstüsündən bəlli olar.
Abbas Abbasdan, Abbas da kor Abbasdan.
Abbasını bəyənməyən beş şahı çıxardar.
Abdaldan paşa olmaz, taxtadan – maşa.
Abdal at mindi, özün bəy sandı.
Abdal düyündən, uşaq oyundan usanmaz.
Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
Abır harda, çörək orda.
Ac acı dalayar, tox toxu yalayar.
Ac adam özünü oda vurar.
Ac adamı qurd yeməz.
Ac ayı oynamaz.
Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
Ac it gəlmiş, tox itin dalın yalayar.
Ac toyuq yuxusunda darı görər.
Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
Aca nə halal, nə haram?!
Acı dindirmə, toxu tərpətmə.
Acın andı and olmaz.
Acın gözü çörək təknəsində olar. Oxumağa davam et

Mən sən deyiləmki

Hər sabah beynimi qaşıyan ümüdlərin barmaqlarından oyandım.

Ətrin gələn hər dükan, hər küçə, dalana boylandım.

Hər gecə səhər səninlə barışacağım düşüncəsini qucaqladım.

Hər yazımla sənin yoxluğundan qocaldığımı açıqladım.

Qıdıqladım hissləri.

Hər dəfə qaranlıqda sildikcə gözləri…

Sən unutmuşdun məni dünənin yağışı kimi.

Qaralamanda ağarırdım pozan sildikcə…

Xatirənin mirası, əcaib naxışı kimi…

Otağımı bəzəyir üzümə gülümsəyən rəsmin.

Bu sevgiyə hicranı əmanət illərin,əsrin.

Sən bu şəhərin, bəlkə bu ölkənin ən gözəl qızı ?

Yox !

Oxumağa davam et

Dünyadaki İlk Sanat Sergisi

Dünyanın ilk sanat sergisi, 9-23 Nisan 1667 tarihleri arasında, Paris Resim ve Heykel Akademisi (Fransız Güzel Sanatlar Akademisi) tarafından, Paris’te Palais Royale (Paris Salonu) ismiyle açıldı.

Bu şehirdeki kamuya açık tek sanat sergisiydi. Sonraları, iki yılda bir yinelenen bu sergi, 1671 yılında Louvre Müzesi ‘ndeki “Grand Galerie“de süreklilik kazandı.

Her sene düzenlenen sergiye katılacak eserleri, sanat konusunda muhafazakâr akademisyenlerin oluşturduğu bir jüri heyeti seçiyordu. Heyet, özellikle genç ve modern ressamların tablolarını reddetmesi ile ünlenmişti. 1863 yılında, yaklaşık 5000 başvurunun 3000 tanesi reddedildi. Eserleri sergiye kabul edilmeyen ressamlar durumu protesto ettiler.

Édouard Manet, Reddedilenler Salonu’nda skandal yarattığında sadece 31 yaşındaydı. Oxumağa davam et

Qan Qrupları

I QRUP – QADINLARI CƏLBEDİCİ, KİŞİLƏRİ İSƏ DON JUANDIR

Birinci qrup qan daşıyıcıları həddən artıq güclü ruha malikdirlər, həmişə hərəkətdədirlər. Tükənməz enerjiləri var. Təsiretmə gücləri böyükdür. Onlar anadangəlmə liderdirlər, təşəbbüskar və nikbin insanlardır. Damarlarında birinci qrup qan dövran edən insanlar Adəm övladları arasında ən iddialı, əzmkar və mübarizdirlər. Bu qrupa daxil olan bütün insanlar özlərinə inam hissi və fəallıqları ilə seçilirlər. İradi keyfiyyətləri yüksəkdir, tez ünsiyyət qurur və hər bir insanla dil tapmağı bacarırlar. Onların həyatda uğurla irəliləmələrinə mane olan yeganə cəhətləri qısqanclıq, özünəvurğunluq və xudbinlikdir. Realistdirlər, romantizm onlardan çox uzaqdır. Bu qrupun zərif cins nümayəndələri cəlbedici və çəkici olduqları qədər də qısqancdırlar. Kişiləri isə Don Juan olmaları ilə seçilirlər.

 

Kişi – Birinci qan qrupuna malik kişiyə rədd cavabı verməklə elə bilməyin ki, o sizdən əl çəkəcək. Çünki onlar özləri haqda o qədər yüksək fikirdədirlər ki, heç bir etirazı qəbul etməyəcək və son nəticəyə qədər mübarizəyə davam edəcəklər. Deyilənə görə, seks haqqında onlar dəqiqədə 6 dəfə fikirləşirlər.

Qadın – birinci qan qrupudursa, qısqanc, hissiyyatlı, ehtiraslı olur. Bu qadınlar özlərini yad kişilərlə aparmağı çox yaxşı bacarırlar, yumşaq təbiətli kişilər onlara darıxdırıcı gəlir. Soyuqqanlı, qorxubilməz biznes-ledilər arasında birinci qan qrupuna daha çox rast gəlinir. Oxumağa davam et