Mən sən deyiləmki

Hər sabah beynimi qaşıyan ümüdlərin barmaqlarından oyandım.

Ətrin gələn hər dükan, hər küçə, dalana boylandım.

Hər gecə səhər səninlə barışacağım düşüncəsini qucaqladım.

Hər yazımla sənin yoxluğundan qocaldığımı açıqladım.

Qıdıqladım hissləri.

Hər dəfə qaranlıqda sildikcə gözləri…

Sən unutmuşdun məni dünənin yağışı kimi.

Qaralamanda ağarırdım pozan sildikcə…

Xatirənin mirası, əcaib naxışı kimi…

Otağımı bəzəyir üzümə gülümsəyən rəsmin.

Bu sevgiyə hicranı əmanət illərin,əsrin.

Sən bu şəhərin, bəlkə bu ölkənin ən gözəl qızı ?

Yox !

Yaşda o yaş deyil.

Bu mənimlə onun şeiri.

Sizə aid deyil.

Bu gün rəngsizəm, monoton, məsum.

Söz vermişdim susmağı, susdum.

Yazan mən deyiləm ki…

Unudum ?

Mən sən deyiləm ki…

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma