Azərbaycan atalar sözləri

Abad məclis aşığından bəllidir.
Abadan kənd tüstüsündən bəlli olar.
Abbas Abbasdan, Abbas da kor Abbasdan.
Abbasını bəyənməyən beş şahı çıxardar.
Abdaldan paşa olmaz, taxtadan – maşa.
Abdal at mindi, özün bəy sandı.
Abdal düyündən, uşaq oyundan usanmaz.
Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
Abır harda, çörək orda.
Ac acı dalayar, tox toxu yalayar.
Ac adam özünü oda vurar.
Ac adamı qurd yeməz.
Ac ayı oynamaz.
Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
Ac it gəlmiş, tox itin dalın yalayar.
Ac toyuq yuxusunda darı görər.
Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
Aca nə halal, nə haram?!
Acı dindirmə, toxu tərpətmə.
Acın andı and olmaz.
Acın gözü çörək təknəsində olar. Oxumağa davam et

Advertisements

Mən sən deyiləmki

Hər sabah beynimi qaşıyan ümüdlərin barmaqlarından oyandım.

Ətrin gələn hər dükan, hər küçə, dalana boylandım.

Hər gecə səhər səninlə barışacağım düşüncəsini qucaqladım.

Hər yazımla sənin yoxluğundan qocaldığımı açıqladım.

Qıdıqladım hissləri.

Hər dəfə qaranlıqda sildikcə gözləri…

Sən unutmuşdun məni dünənin yağışı kimi.

Qaralamanda ağarırdım pozan sildikcə…

Xatirənin mirası, əcaib naxışı kimi…

Otağımı bəzəyir üzümə gülümsəyən rəsmin.

Bu sevgiyə hicranı əmanət illərin,əsrin.

Sən bu şəhərin, bəlkə bu ölkənin ən gözəl qızı ?

Yox !

Oxumağa davam et