Qan Qrupları

I QRUP – QADINLARI CƏLBEDİCİ, KİŞİLƏRİ İSƏ DON JUANDIR

Birinci qrup qan daşıyıcıları həddən artıq güclü ruha malikdirlər, həmişə hərəkətdədirlər. Tükənməz enerjiləri var. Təsiretmə gücləri böyükdür. Onlar anadangəlmə liderdirlər, təşəbbüskar və nikbin insanlardır. Damarlarında birinci qrup qan dövran edən insanlar Adəm övladları arasında ən iddialı, əzmkar və mübarizdirlər. Bu qrupa daxil olan bütün insanlar özlərinə inam hissi və fəallıqları ilə seçilirlər. İradi keyfiyyətləri yüksəkdir, tez ünsiyyət qurur və hər bir insanla dil tapmağı bacarırlar. Onların həyatda uğurla irəliləmələrinə mane olan yeganə cəhətləri qısqanclıq, özünəvurğunluq və xudbinlikdir. Realistdirlər, romantizm onlardan çox uzaqdır. Bu qrupun zərif cins nümayəndələri cəlbedici və çəkici olduqları qədər də qısqancdırlar. Kişiləri isə Don Juan olmaları ilə seçilirlər.

 

Kişi - Birinci qan qrupuna malik kişiyə rədd cavabı verməklə elə bilməyin ki, o sizdən əl çəkəcək. Çünki onlar özləri haqda o qədər yüksək fikirdədirlər ki, heç bir etirazı qəbul etməyəcək və son nəticəyə qədər mübarizəyə davam edəcəklər. Deyilənə görə, seks haqqında onlar dəqiqədə 6 dəfə fikirləşirlər.

Qadın - birinci qan qrupudursa, qısqanc, hissiyyatlı, ehtiraslı olur. Bu qadınlar özlərini yad kişilərlə aparmağı çox yaxşı bacarırlar, yumşaq təbiətli kişilər onlara darıxdırıcı gəlir. Soyuqqanlı, qorxubilməz biznes-ledilər arasında birinci qan qrupuna daha çox rast gəlinir.

 

 

II QRUP – GÜLƏRÜZ VƏ İNADKARDIRLAR

İkinci qan qrupu olan adamlar vicdanlı, tapşırılan işi canla-başla yerinə yetirən, son dərəcə işgüzar olurlar. Onlar hər şeydə bir düzən, səliqə-səhman axtarırlar. Xırdalıqlara fikir verən bu insanlar öz zəhmətsevərlikləri və məsuliyyətləri ilə seçilirlər.Vəzifədə artmaqdan ötəri səylə irəli gedirlər. İşi əsas götürürlər. Deiyrlər ki, yerdə qalan hər şey ikinci dərəcəlidir. Hansı işdən yapışsalar, yarıdırlar. Qətiyyətlə dedikləri sözə şübhə etməyin: onlar həqiqəti söyləyirlər. Şəxsi münasibətlərdə çox sədaqətlidirlər. Kiminlə dostluq etsələr, çalışırlar ki, bu, daimi olsun. Sakit, mülayim, gülərüz insanlardır. Hisslərini açıq büruzə vermirlər, ancaq tərslikləri və inadkarlıqları da var. Bu insanları öyrənmək çətindir, amma çox səmimi, etibarlı və qayğıkeş olduqları zaman keçdikcə üzə çıxır. Xoşməramlı, səbrli olduqlarından kollektivlə işləməyi bacarırlar. Onların mənfi xüsusiyyətləri inadkarlıqları və bir qədər qıcıqlandırıcı olmalarıdır. Öz narahatlıqlarını gizlədib, incikliklərini ürəklərinə saldıqlarından bu vəziyyətləri sonda istər-istəməz emosional partlayışa səbəb olur. Bu qrupun qadınları kimi, kişiləri də utancaqlıqları, sadiq və vəfalı ömür-gün həmdəmi olmaları ilə seçilirlər

Haradasa 15 min il əvvəl ov zamanı bəxti gətirməyən insanlar bitki yeməyi öyrəndilər və beləliklə, ikinci qan qrupu meydana gəldi. Adətən sakit, hövsələli, mehriban, nizam-intizamlı insanların damarlarında məhz bu qan axır.

 

Kişi - ikinci qan qrupudursa, sevgilisinin bütün kaprizlərinə dözür, nazı ilə sona qədər oynayır, uşaqcasına ona konfetlər, meyvələr verir. Adətən bu cür kişiləri bir az yaşlı qadınlar daha çox qiymətləndirirlər, çünki onları ehtiras yox, etibarlı əllərdə olmaq maraqlandırır.

 

Qadın – ikinci qan qrupudursa, utancaq olur, geyimlərində və davranışlarında müəyyən hədd gözləyir. Sevgisini etiraf etmək? – Qətiyyən! Birinci yaxınlaşmaq və sadəcə salamlaşmaq? – Xeyr, birdən o başqa şey fikirləşər. Bu cür qadınlar üçün məhəbbətsiz seks yoxdur. Bu qadınlar əla ömür-gün yoldaşı olub sona qədər ərlərinə sadiq qalırlar.

 

 

III QRUP – «LEYLİ VƏ MƏCNUN« U KEÇİRLƏR

Üçüncü qan qrupu olanlar həssas, mədəni, böyük imkan və qabiliyyətlərə malik adamlardırlar. İşdə həm özlərinə, həm də başqalarına qarşı çox yüksək tələbkarlıqla yanaşırlar. Sakitdirlər. Sakitliyin içində çox həssas adamın gizləndiyini təsəvvür etmək çətindir. Hərdən hisslərini çox güclü şəkildə büruzə verirlər. Sevgi məsələlərində «Leyli və Məcnun«u ötüb keçirlər. Qadınları küsəyəndir, onlar eyni qan qrupu olan kişilərdən güclüdürlər. Bu qrup insanlar öz bildiklərini edir, ətrafdakıların fikri onlar üçün o qədər də önəmli olmur. Üçüncü qrup qan daşıyıcıları incəsənətə meylli insanlardır və özlərinə məxsusluqları ilə seçilirlər. Onların əlindən çox iş gəlir və zəngin düşüncəyə malikdirlər. Ünsiyyətdən qaçır, çox danışmağı sevmirlər. Azadlıqları onlar üçün hər şeydən önəmlidir. Buna baxmayaraq, ətrafdakıların fikrini daim nəzarətə alır, onların sevincinə və dərdlərinə şərik olurlar. İlk baxışdan olduqca sakit və hövsələli görünsələr də, əslində onların içində hər an püskürməyə hazır olan bir vulkan yatır. Bu qan qrupundan olan qadınlar dəhşətli dərəcədə qısqancdırlar, kişilərindən isə yaxşı dost çıxar.

 

Bu qan qrupu insanların heyvanları əhilləşdirməyə və sonra da köçəri həyat tərzi keçirməyə başladığı andan meydana gəlib. Onlar kollektivdən kənar özlərini əla hiss edir, tez-tez yaşayış yerlərini dəyişirlər. Amerikada keçirilən sorğuya görə, milyonçuların 40%-i üçüncü qan qrupuna malik insanlardır.

 

Kişi – köçəri ingilissayağı çıxıb getməyə həmişə hazırdır. O, heç kimi əldə etməyə çalışmır, sadəcə xoşa gəlmək, görüş təyin etmək, sıxılmadan söhbət etmək xoşuna gəlir. O, həzz almağı və əylənməyi bacarır.

 

Qadın – üçüncü qan qrupuna aid olanları kobud olaraq �dinamist� adlandırırlar. Və əgər o, kipriklərini aşağı-yuxarı hərəkət etdirib, sonra sizə telefon nömrəsini veribsə, bu hələ heç nə demək deyil.

 

 

IV QRUP – HİSSLƏRİNİN ƏLİNDƏ ACİZDİRLƏR

Dördüncü qan qrupu olanlar hisslərinin əlində acizdirlər. Ehtiras sanki onları dağıdır, bu da daxili, mənəvi rahatsızlığa gətirib çıxarır. Şübhəli, qətiyyətsiz olurlar. Bütün münaqişələrini təklikdə çəkir, heç kəsə bir söz demirlər. Sevgidə, dostluqda, ailə həyatında onlar ideala yaxındırlar. Təkcə öz xoşbəxtliklərinə can atmırlar, həm də başqalarını xoşbəxt etmək istəyirlər. Dünyada bu qan qrupu daşıyıcıları çox azdır. İstedadını göstərə bilənlər daha çox məşhurlaşa bilrlər. Adətən ikili xasiyyətli olurlar, həm soyuqqanlı, həm də xasiyyətini tez-tez dəyişməsi müşahidə olunur. Yaxşı biznesmen olurlar.

Öz təşkilatçılıq bacarıqları ilə fərqlənirlər. Düzgünlükləri və hadisələri düzgün təhliletmə bacarığı ilə seçilirlər. İnsanlarla ünsiyyəti çox sevirlər, ilk dəfə olduqları məclisdə belə asanlıqla ürəklərə yol tapırlar. Xırdaçı deyillər. Bəzən atdıqları addımın sonunu belə düşünmürlər. Kinli deyillər. Anadangəlmə siyasi məharətləri sayəsində çoxlu sayda dost qazanırlar. Onlar gözəl ömür-gün həmdəmidirlər. Bütün bunlara baxmayaraq, 4-cü qrupa məxsus insanlar qərar verməkdə olduqca çətinlik çəkirlər.

 

Dördüncü qrup ən cavanı hesab olunur. Təxminən 2 min il yaşı var. Əmələ gəlməsini isə qida ilə deyil, müxtəlif qan qruplu insanların birləşməsi ilə bağlayırlar. Bu insanlar ziddiyyətli, qətiyyətsiz, daima şübhə içində olur, başqalarına qulaq asmağı və yaxşı məsləhət verməyi bacarırlar

 

Kişi - dördüncü qrupudursa, əlavə güc sərf etmədən qadınları asanlıqla toruna salır. Onun oyunu zərif və alicənab olur. Ancaq özü vurulduqda hər şey dəyişir, ehtiras qaynayır, məntiq unudulur.

 

Qadın - dördüncü qrup sevdiyi insanı xoşbəxt etmək üçün əlindən gələni etməyə hazırdır. Özünü çox qiymətli hədiyyə kimi təqdim edir və bundan zövq alır. Deyilənə görə, bu qadınlarla yaxınlıq edən hər bir kişi onun təbii həzz hissini görüb özünü seks-nəhəngi hesab edir. Ancaq bu cür ləzzətverici hisslərlə dolu münasibətə çoxları dözmür.

 

About these ads

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s