Psixoloji terminlər

Adekvat – həmin şərait üçün müvafiq, münasib olan.

 

Affekt – psixoloji halət: onun əsasını qüvvətli, coşğun və nisbətən qısamüddətli emosional təəssürat təşkil edir.

 

Afferent – mərkəzəqaçan, bədənin periferiyasından (ətraflarından) mərkəzə gedən. Afferent sinir – sinir impulsunu hiss üzvlərindən mərkəzi sinir-sisteminə aparan teldir.

 

Analizator – duyğuların üzvi əsasını təşkil edən mürəkkəb neyrofizioloji sistem. Bu anlayış İ.V.Pavlov tərəfindən təklif olunmuşdur.

 

Appersepsiya – 1. Qavrayışın keçmiş təcrübədən, bilik ehtiyatından və psixi fəaliyyətin ümumi məzmunundan asılılığı. 2. Şüursuz psixi halətlərin aydın dərk olunan psixi halətlərə keçməsi aktı.

 

Ekstravertlik – bəzi adamların xarakteroloji xüsusiyyəti. Yüksək ünsiyyətlilikdə, ürəyiaçıqlılıqda, başqa adamlara maraqda və dərin özünütəhlilə meylli olmamaqda təzahür edir.

 

Empatiya – başqa adamların psixi hallarını başa düşmək və onların dərdinə şərik olmaq qabiliyyəti.

 

Efferent – mərkəzdənqaçan, mərkəzdən periferiyaya gedən. Efferent sinir – sinir impulslarını mərkəzi sinir sistemindən effektora aparan teldir.

 

Eqosentrik nitq – məktəbəqədər yaşlı uşağın oyununu müşayiət edən və onun özünə yönəldilmiş nitq fəaliyyəti. Xarici nitqdən daxili nitqə keçid mərhələsini təşkil edir.

 

Genotip – bütün genlərin məcmusu, orqanizmin genetik konstitusiyası.

 

İdentifikasiya – elə prosesdir ki, onun gedişində və nəticəsində fərd özünü başqa adamlara onların arasında mövcud olan emosional rabitələr (empatiya) əsasında şüurlu və ya şüursuz olaraq eyniləşdirir, özünü bu rabitələrlə bağlı şəxs kimi aparır.

 

İndifferent – laqeyd, iştirak etməyən.

 

İnstinkt – 1. Xarici və daxili mühitin müəyyən stimullarına şərtsiz-reflektor cavab vermənin anadangəlmə mürəkkəb forması; öyrənmədən asılı olmayan uyğunlaşma davranışı kompleksi. 2. Hərəkət üçün spesifik emosional oyanma ilə uzlaşan anadangəlmə impuls.

 

Konformluq – fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitə şüurlu uyğunlaşma.

 

Libido – psixoloji enerjidir, əsasında insanın başlıca meylləri

 

( seksual və həyat meyli ) durur.

 

Motiv – müəyyən tələbatların ödənilməsi ilə əlaqədar olaraq, fəaliyyətə təhrik etmə.

 

Qıcıqlanma – xarici təsirlərə müəyyən funksional və struktur dəyişmələr kompleksi ilə bütün canlı törəmələrin cavabvermə qabiliyyəti.

 

Refleksiya – insanın idrakının öz-özünə, özünün daxili aləminə, psixi keyfiyyət və halətlərinə yönəldilməsi.

 

Semantik – sözlərin və ya ifadələrin mənasına və əhəmiyyətinə aid olan.

 

Senzitivlik – stimulların təsirinə həssaslıq.

 

Sosiometriya – qruplarda və kollektivlərdə rəğbət və nifrət tipli şəxsiyyətlərarası münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri üçün tətbiq olunan standartlaşdırılmış metodik üsulların məcmuyu.

 

Stimul – reseptorlarda oyanma prosesinə səbəb olan xarici və ya daxili təsir.

 

Şüur – dil mənaları sistemində obyektiv gerçəkliyin psixi inikasının yüksək, yalnız insana xas olan forması.

 

Şüuraltı – aktual şəkildə dərkedilməyən, lakin davranışa və şüurun məzmununa nəzərə çarpacaq dərəcədə təsir göstərməyə qabil olan psixi proses və halətlərin məcmuyu.

 

Tələbat – insan və heyvanların fəallığının əsas mənbəyi; onların konkret yaşayış şəraitindən asılılıqlarını ifadə edən daxili halət.

 

Verbal aqressiya – mənfi hisslərin sözlü formada ifadəsi.

 

Verbal hafizə – hafizənin növü olub, nitqli informasiyanın yaddasaxlanması, hifz edilməsi və yadasalınması xüsusiyyətlərini şərtləndirir.

 

Vərdiş – işin dəfələrlə invariant (dəyişilmədən) təkrarı nəticəsində qismən avtomatlaşan, asanlıqla, sürətlə və dəqiq həyata keçirilən icra üsulu.

Yönəliş – insanın onu əhatə edən gerçəkliyin obyekt və hadisələrinə münasibətdə müəyyən tərzdə qavrama, qiymətləndirmə və hərəkət etməyə hazırlığının daxili haləti.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma