Planet

Planet yunan. πλανήτες αστέρες (azmış ulduz) — Günəş ətrafına dolanan və səthi əks olunmuş günəş şüaları ilə işıqlanan böyük göy cismi.

XV əsrədək yeddi planet (Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter və Saturn) olduğu fərz edilirdi. Hesab olunurdu ki, onlar Yer ətrafına dolanır. XVI əsrdə Nikolay Kopernik Dünyanın heliosentrik sistemini yaratdı və sübut etdi ki, bütün planetlər Günəş ətrafında, Ay isə digər planetlərin peykləri kimi Yer ətrafında dolanır. Yer də planetdir, Günəş özü şüalandığı üçün ulduzdur.

1781-ci ildə Uran, 1846-cı ildə Neptun və 1930-cu ildə Pluton, daha sonra diametrləri 1 km-dən bir neçə yüz kilometrədək olan kiçik planetlər kəşf edildi.

Doqquz böyük planet və təqribən 2300 kiçik planet məlumdur (1983cü il etibarilə). 2006-cı ildən Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə Pluton da kiçik planet hesab olunur.

Planetlər daxili və xarici planetlərə bölünür. Birincisi, Merkuri, Venera, Yer və Marsdan (Yer qrupu planetləri), ikincisi isə Yupiter, Saturn, Uran və Neptundan (Nəhəng planetlər qrupu) ibarətdir.

Planetlər Günəş ətrafına cazibə qüvvəsinin təsiri ilə dolanır, orbitləri elliptikdir, hərəkətləri Kepler qanunlarına tabedir.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma