Çin Atalar Sözləri

*Qadına inanan, özünü aldadar. İnanmayan da qadını aldadar.

*Divar inşa edildikdən sonra divarçı unudular.

*Dünyada üç şey saxlana bilməz: eşq, tüstü və pulsuzluq!

*Az toyuq az yumurta, çox toyuq çox yumurta

*Həddindən artıq sıxlıq və izdiham toyuq hini normaldan az yumurta çıxarar.

*Atı yəhərinə görə qiymət biçmə.

*Ağıllı bir adam tək öz təcrübələrindən, çox ağıllı bir adam başqalarının da təcrübələrindən faydalanar.

*Ağıllı adam dəlini danlamaz.

*İzah etsəniz unudaram, Göstərsəniz xatırlayaram, Etdirsəniz anlayaram.

*Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir. Ancaq çıxarkən gördüyün mənzərə fərqlidir.

*Dünyada qüsursuz iki insan vardır. Biri ölmüşdür, o biri isə doğulmamışdır.

*Dərin olan quyu deyil qısa olan ipdir.

*Evlilik qala kimidir, xaricindəkilər girməyə, içindəkilər çıxmağa məşğul olarlar.

*Erkən qalxmayan arvad, söz dinləməyən övlad, mahbuzla getməyən at qapında varsa qaldır at.

*Əgər Tanrı yağış yağdırmaq və anan ikinci dəfə evlənmək istəsə, buna kimsə mane ola bilməz.

*Çox mal göz çıxarmaz amma çox mal cəhənnəmə kötükdür.

*Günəşin doğuşundan batışına qədər tələsik iş edənlər uzun yaşamazlar.

*Nə qədər dönsən dön, qıç yenə arxandadır.

*Oturaraq edə biləcəyin heç bir şeyi ayaqda, yataraq edə biləcəyin heç bir şeyi oturaraq etmə.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma