Ata və 3 oğul

Uzaq bir qəsəbədə pərakəndə ticarətlə məşğul olan bir gənc şirkət sahibi var imiş. Dürüst və dost canlı olan bu ticarətçini insanlar çox sevirmiş. Ondan alver edir və yoldaşlarına onu tövsiyə edirdilər. Adam bir il içində bir dükanla, Amerikanın bir ucundan digərinə uzanan bir ticarət zəncir qurmuşdu.

Bir gün xəstələnib xəstəxanaya aparıldı. Həkimlər ölümünə az vaxt qalacağından narahat imişlər. Şirkət sahibi üç uşağını yanına çağırdı və onlara bir tapşırıq verdi: sizdən biri illər boyu qurduğum Şirkətimi idarə edəcək.

Hansınızın buna layiq olduğuna qərar vermək üçün, hər birinizə bir dollar verəcəm. İndi gedib bu bir dollarla nə alırsınız alın, amma bu axşam geri döndüyünüzdə pulunuzla aldığınız şey xəstəxana otağımı tamamilə doldurmalıdı. Uşaqlar bu müvəffəqiyyətli şirkəti idarə etmə fürsəti qarşısında həyəcana qapıldılar. Üçü də şəhərə gedib pulunu xərclədi.

Axşam geri dönəndə ataları soruşdu:

«Birinci oğlum, bir dollarla nə etdin?» Uşaq cavab verdi: ” Dostumun fermasına getdim, bir dollarımı verdim və iki kisə saman aldım. Sonra otaqdan çölə çıxdı, saman kisəsini gətirdi, açdı və havaya səpməyə başladı. Otaq bir anda samanlarla doldu. Amma bir az sonra samanların hamısı yerdə idi və atanın dediyi kimi otağı bir ucdan o biri uca doldurmadı.

Adam soruşdu:

«Yaxşı ikinci oğlum, sən pulunla nə etdin?» Bazara getdim. İki dənə yastıq aldım. Bunu söyləyən uşaq, yastıqları içəri gətirdi, açdı və tükləri bütün otağa səpdi. Qısa zamanda bütün tüklər yerə düşdü, beləcə otaq yenə dolmamıştı.

«Sən, üçüncü oğlum, sən pulu nə etdin?» deyə soruşdu adam. Dollarımı cibimə qoyub sənin illər əvvəlki dükanın kimi bir dükana getdim. Dükan sahibinə pulu verdim və xırdalamasını istədim. Dollarımın 50 sentini İncildə yazıldığı kimi çox qiymətli bir şeyə verdim. 20 sentini şəhərimizdəki iki yardım təşkilatına bağışladım. 20 senti kilsəyə verdim. Beləcə 10 sentim qaldı. Bununla iki şey aldım. Uşaq əlini cibinə salıb bir kibrit qutusu və bir şam çıxardı.

İşığı söndürüb şamı yandırınca otaq mumun yaydığı işıqla dolmuşdu. Otaq samanla və ya tüklə deyil, bir ucdan o biri uca işıqla dolmuşdu.

Ata məmnun idi; “Çox yaxşı oğlum. Bu şirkətin başına sən keçəcəksən, çünki həyat haqqında çox əhəmiyyətli bir şeyi, işığını yaymağı bilirsən.

 

 

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma