Albaniya

Albaniya (albanca: Shqipëria),rəsmi adı Albaniya Respublikası.Balkan Yarımadasında yerləşən bir ölkədir.Qonşuları şimalda Çernoqoriya, şimal-şərqində Kosova, şərqində Makedoniya Respublikası və cənubunda Yunanıstandır. Ayrıca ölkənin qərbdə Adriatik dəniziə və cənub-qərbdə İon dənizinə çıxışı vardır. Albaniya Avropa Birliyi və NATO-ya namizəd, Qaradəniz İqtisadi Əməkdaşlıq və İslam Konfransı Təşkilatına üzvdür.

Albanlar öz ölkələrinə “Şipri”, yəni “Qartallar Diyarı”, yerli sakinləri isə “Şiptar” adlandırırlar. Albaniya özü isə illiriya sözü olub “olba”-“kənd” deməkdir.

İnzibati ərazi bölgüsü:  36 reti (rayon), 12 dairə (qark):Berat,Blyora,Girokastra,Dibra,Durres,Korça,Kukes,Leja,Tirana,Fiyeri,Şkoder,Elbasan.

Şəhərləri:

1. Tirana, 2. Durres , 3. Elbasan,4. Szkodra,5. Fier,6. Korcza,7. Vlora,8. Berat,9. Lushnja,10. Kavaja,11. Poqradec,12. Laç,13. Qjirokastra,14. Patos,15. Saranda,16. Kruja,17. Lezha,18. Kuçova,19. Şijak,20. Cörrik,21. Kukös,22. Peşkopiya,23. Burrel,24. Kamza,25. Fushö-Kruja,26. Librazhd,27. Poliçan,28. Pörmet,29. Çorovoda,30. Tepelena,31. Qramş,32. Ballş,33. Rröşen,34. Bulqiza.

Dil

Dövlət dili olan alban dili, Hind-Avropa dil ailəsində xüsusi bir qrup təşkil edir. Alban dilində latın, yeni və qədim yunan, roman, cənubi slavyan və türk dillərindən çoxlu sayda keçmə sözlər vardır. Alban dilinin 2 dialekti mövcuddur. Bunlar qeq və tosk dialektləridirlər. Müasir ədəbi alban dili XIX əsrin sonunda hər iki dialektin əsasında formalaşmışdır. Amma tosk dialekti daha geniş formada yayılmış və 1945-ci ildən etibarən rəsmi dil elan edilmişdir.

Din

Əhalinin 70%-i müsəlman, 10%-i pravoslav, 20%-i isə katoliklərdir. Müsəlmanların böyük hissəsi sünnilərdir.

Təhsil

 Tiranadakı Tirana Dövlət Universiteti 1957-ci ildən fəaliyyətə başlamışdır. Burada həmçinin kənd təsərrüfatı, ikiillik pedaqoji institutları, politexnik, kənd təsərrüfatı texnikumları,tibbi və pedaqoji məktəblər, ali dram və tətbiqi incəsənət məktəbi yerləşir.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma