h1

Azərbaycan atalar sözləri

Yanvar 29, 2012

Abad məclis aşığından bəllidir.
Abadan kənd tüstüsündən bəlli olar.
Abbas Abbasdan, Abbas da kor Abbasdan.
Abbasını bəyənməyən beş şahı çıxardar.
Abdaldan paşa olmaz, taxtadan – maşa.
Abdal at mindi, özün bəy sandı.
Abdal düyündən, uşaq oyundan usanmaz.
Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
Abır harda, çörək orda.
Ac acı dalayar, tox toxu yalayar.
Ac adam özünü oda vurar.
Ac adamı qurd yeməz.
Ac ayı oynamaz.
Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
Ac it gəlmiş, tox itin dalın yalayar.
Ac toyuq yuxusunda darı görər.
Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
Aca nə halal, nə haram?!
Acı dindirmə, toxu tərpətmə.
Acın andı and olmaz.
Acın gözü çörək təknəsində olar. Yazının ardını oxu »

h1

Mən sən deyiləmki

Yanvar 13, 2012

Hər sabah beynimi qaşıyan ümüdlərin barmaqlarından oyandım.

Ətrin gələn hər dükan, hər küçə, dalana boylandım.

Hər gecə səhər səninlə barışacağım düşüncəsini qucaqladım.

Hər yazımla sənin yoxluğundan qocaldığımı açıqladım.

Qıdıqladım hissləri.

Hər dəfə qaranlıqda sildikcə gözləri…

Sən unutmuşdun məni dünənin yağışı kimi.

Qaralamanda ağarırdım pozan sildikcə…

Xatirənin mirası, əcaib naxışı kimi…

Otağımı bəzəyir üzümə gülümsəyən rəsmin.

Bu sevgiyə hicranı əmanət illərin,əsrin.

Sən bu şəhərin, bəlkə bu ölkənin ən gözəl qızı ?

Yox !

Yazının ardını oxu »

h1

Dünyadaki İlk Sanat Sergisi

November 24, 2011

Dünyanın ilk sanat sergisi, 9-23 Nisan 1667 tarihleri arasında, Paris Resim ve Heykel Akademisi (Fransız Güzel Sanatlar Akademisi) tarafından, Paris’te Palais Royale (Paris Salonu) ismiyle açıldı.

Bu şehirdeki kamuya açık tek sanat sergisiydi. Sonraları, iki yılda bir yinelenen bu sergi, 1671 yılında Louvre Müzesi ‘ndeki “Grand Galerie“de süreklilik kazandı.

Her sene düzenlenen sergiye katılacak eserleri, sanat konusunda muhafazakâr akademisyenlerin oluşturduğu bir jüri heyeti seçiyordu. Heyet, özellikle genç ve modern ressamların tablolarını reddetmesi ile ünlenmişti. 1863 yılında, yaklaşık 5000 başvurunun 3000 tanesi reddedildi. Eserleri sergiye kabul edilmeyen ressamlar durumu protesto ettiler.

Édouard Manet, Reddedilenler Salonu’nda skandal yarattığında sadece 31 yaşındaydı. Yazının ardını oxu »

h1

Qan Qrupları

November 23, 2011

I QRUP – QADINLARI CƏLBEDİCİ, KİŞİLƏRİ İSƏ DON JUANDIR

Birinci qrup qan daşıyıcıları həddən artıq güclü ruha malikdirlər, həmişə hərəkətdədirlər. Tükənməz enerjiləri var. Təsiretmə gücləri böyükdür. Onlar anadangəlmə liderdirlər, təşəbbüskar və nikbin insanlardır. Damarlarında birinci qrup qan dövran edən insanlar Adəm övladları arasında ən iddialı, əzmkar və mübarizdirlər. Bu qrupa daxil olan bütün insanlar özlərinə inam hissi və fəallıqları ilə seçilirlər. İradi keyfiyyətləri yüksəkdir, tez ünsiyyət qurur və hər bir insanla dil tapmağı bacarırlar. Onların həyatda uğurla irəliləmələrinə mane olan yeganə cəhətləri qısqanclıq, özünəvurğunluq və xudbinlikdir. Realistdirlər, romantizm onlardan çox uzaqdır. Bu qrupun zərif cins nümayəndələri cəlbedici və çəkici olduqları qədər də qısqancdırlar. Kişiləri isə Don Juan olmaları ilə seçilirlər.

 

Kişi - Birinci qan qrupuna malik kişiyə rədd cavabı verməklə elə bilməyin ki, o sizdən əl çəkəcək. Çünki onlar özləri haqda o qədər yüksək fikirdədirlər ki, heç bir etirazı qəbul etməyəcək və son nəticəyə qədər mübarizəyə davam edəcəklər. Deyilənə görə, seks haqqında onlar dəqiqədə 6 dəfə fikirləşirlər.

Qadın - birinci qan qrupudursa, qısqanc, hissiyyatlı, ehtiraslı olur. Bu qadınlar özlərini yad kişilərlə aparmağı çox yaxşı bacarırlar, yumşaq təbiətli kişilər onlara darıxdırıcı gəlir. Soyuqqanlı, qorxubilməz biznes-ledilər arasında birinci qan qrupuna daha çox rast gəlinir. Yazının ardını oxu »

h1

Üzümüzdə nə yazılıb?

November 23, 2011

İnsanın alnı onun haqqında çox şey deyir.Məsələn tüksüz ,iri , dairəvi formaya malik alın sahibinin cəsur insan olduğundan xəbər verir.

Uzun sifət və eyni zamanda uzun alna malik insansa qəddardır.

Kobud və qırmızı qaş –paxıl, qara hamar və düz qaşlarsa ürəyi açıq insana işarədir.

Orta ölçülü göz sahibləri ağıllı, iri və bərəlmiş gözlərsə tənbəl və yalançı insanı bəlli edir.İri gözlərsə lider insanlara xasdır.

Balaca göz –natiqlik qabiliyyəti olan birinə, uzun gözlərsə qəddar insana işarədir.

Qaçan gözlər dəyişkən xarakter və həyat tərzi sürən insana

Xırda oynaq göz isə yalançı insana işarədir.

Gözlərin rəngi də danışır. Belə ki, qara ,qəhvəyi və yaşıl rəngli gözlər- həyat enerjisinə, mavi isə həssas və mehriban insana xasdır.

Burun da sizin sirrlərinizi aça bilər.

Əyri və çıxıntılı burun – əli açıq

İti uclu burunsa sərt insana işarədir

Böyük və yekə dəlikli burun cəsur, qəlbi təmiz insanlara xasdır. Yazının ardını oxu »

h1

Adların mənası

November 22, 2011

Abbas – Tutqun, qasqabaqli

Abdulla – Allahin qulu

Adil – Edalet, insaf

Adigozel – elm, senet, dogruluq

Afaq – Hundur, uca

Afet – Esq, mehebbet, sevgili

Aide – Gelir, medaxil

Aise – Yasayan

Akif – Calisqan, meqsedyonlu

Allahverdi – Allahin verdiyi pay

Almas – Yarasiqli, gozel

Alxaz – Xususi, ustun, misilsiz

Alisan – Yanan, od tutan

Anar – Yada salar, xatirlar

Anna – minnetdarliq

Aqil – Agilli, derrakeli

Arif – Bilen, xeberdar

Artur – Ayi kimi guclu

Aruz – Doyuscu, igid, cengaver

Arzu – Arzu, istek

Aslan – Hakimiyyet, ezemet

Atilla – Turk Feth eden,ulu turk

Ayaz – Agilli, istedadli

Aybeniz – Ay camalli, gozel

Aydan – Menfeet

Aydin – Askar, deqiq, belli

Aygun – Gozel, ismetli

Aylin – Nur, isiq, parilti

Ayna – Seffaf, temiz, guzgu

Aynur – Ay, nur

Aysun – Ay ,su

Ayten – Ayin yarisi

Azad – Asude, serbest

Azer – Od, ates

Aga – Ulu, aga, ilkin Yazının ardını oxu »

h1

Axtaracaqsan

November 21, 2011

Sen getirdin ayriligi omrume
Sen bexsh etdin bu hesreti konlume
Meni atsan bele duwub tilsime
Her yerde bil meni axtaracaqsan

                                                                           Bir yelkene donub sonsuz deryada
Yuxuna gelecem yatsan royada
Meni gezeceksen her an xeyalda
Xulyanda sen meni axtaracaqsan   Yazının ardını oxu »

h1

Qadınlar))

November 21, 2011

Xanımı gözəl olan adam xoşbəxt olar. Gözəl olmayan isə filosof…

-Sokrates-

Bir kişi ölərkən tərpənən son yeri, ürəyidir. Bir qadın ölərkən, dili..

-Corc Chapman-

Kişi hiss etdiyi, qadın göründüyü yaşdadır.

-Moltimer Collins-

Qadın dalınca qaçmanın zərəri yoxdur. Zərəri verən onları tutmaqdır.

-Jack Davies-

Bir çox kişi müvəffəqiyyətini ilk xanımına borcludur. ikinci xanımını da müvəffəqiyyətinə..

-Jim Backus-

Qadına inanan, özünü aldadar. inanmayan da qadını aldadar.

-Çin Atalar sözü-

Erkən qalxmayan arvad, söz dinləməyən övlad, mahmızla getməyən at; qabında varsa qaldır at.

-Türk Atalar sözü-

Zəngin dullar bir gözləriylə ağlıyarlar, o birisini qırparlar.

-Miguel Də Cervantes- Yazının ardını oxu »

h1

Maraqlı həqiqətlər

November 21, 2011
  1. Keniyada bir ailənin gəlirinin üçdə biri rüşvətə gedir.
  2. Mc Donaldsın qızıl kəmərini tanıyanların sayı, Xristian tacını tanıyanlardan çoxdur.
  3. Braziliyadakı Avon qadınlarının sayı, əsgər sayından çoxdur.
  4. Hər gün dünya əhalisinin yeddidə biri, yəni 800 milyon insan ac qalır.
  5. 150-dən çox ölkədə işgəncə var. Dünyanın üçdə bir hissəsi müharibə vəziyyətindədir.
  6. Dünyada siqaret çəkənlərin 82 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır
  7. . Bir Yapon qadını ortalama 84 il, bir Botswanalı qadın yalnız 39 il yaşayır.
  8. Afrikada 30 milyon adam AIDS-dir. Silahlı münaqişələrin dörddə biri təbii qaynaqları ələ keçirmək üçün baş verir.
  9. Dünya əhalisinin yüzdə 70-i, bu günə qədər heç çevir səsi eşitmədi.
  10. ABŞda hər həftə ortalama 88 şagird sinifə silah gətirir.
  11. Hər il 10 dil ölür. Dünyada ən azı 300 min düşüncə suçlusu var İntiharla ölənlərin sayı, qarşıdurmalarda ölənlərdən çoxdur.
  12. Hər il 2 milyon gənc qız və qadın sünnət edilir.
  13. Sıravi bir İngilis, gündə təxminən 300 dəfə kameraya tutulur.
  14. Silahlı qarşıdurmalarda 300 min uşaq əsgər döyüşür.İngiltərədə 2001 seçkilərində 26 milyon adam, Pop Idolun ilk mövsümündə 32 milyon adam səs verdi
h1

Psixoloji terminlər

November 19, 2011

Adekvat – həmin şərait üçün müvafiq, münasib olan.

 

Affekt – psixoloji halət: onun əsasını qüvvətli, coşğun və nisbətən qısamüddətli emosional təəssürat təşkil edir.

 

Afferent – mərkəzəqaçan, bədənin periferiyasından (ətraflarından) mərkəzə gedən. Afferent sinir – sinir impulsunu hiss üzvlərindən mərkəzi sinir-sisteminə aparan teldir.

 

Analizator – duyğuların üzvi əsasını təşkil edən mürəkkəb neyrofizioloji sistem. Bu anlayış İ.V.Pavlov tərəfindən təklif olunmuşdur.

 

Appersepsiya – 1. Qavrayışın keçmiş təcrübədən, bilik ehtiyatından və psixi fəaliyyətin ümumi məzmunundan asılılığı. 2. Şüursuz psixi halətlərin aydın dərk olunan psixi halətlərə keçməsi aktı.

 

Ekstravertlik – bəzi adamların xarakteroloji xüsusiyyəti. Yüksək ünsiyyətlilikdə, ürəyiaçıqlılıqda, başqa adamlara maraqda və dərin özünütəhlilə meylli olmamaqda təzahür edir.

 

Empatiya – başqa adamların psixi hallarını başa düşmək və onların dərdinə şərik olmaq qabiliyyəti.

 

Efferent – mərkəzdənqaçan, mərkəzdən periferiyaya gedən. Efferent sinir – sinir impulslarını mərkəzi sinir sistemindən effektora aparan teldir.

 

Eqosentrik nitq – məktəbəqədər yaşlı uşağın oyununu müşayiət edən və onun özünə yönəldilmiş nitq fəaliyyəti. Xarici nitqdən daxili nitqə keçid mərhələsini təşkil edir.

 

Genotip – bütün genlərin məcmusu, orqanizmin genetik konstitusiyası.

 

İdentifikasiya – elə prosesdir ki, onun gedişində və nəticəsində fərd özünü başqa adamlara onların arasında mövcud olan emosional rabitələr (empatiya) əsasında şüurlu və ya şüursuz olaraq eyniləşdirir, özünü bu rabitələrlə bağlı şəxs kimi aparır.

 

İndifferent – laqeyd, iştirak etməyən.

 

İnstinkt – 1. Xarici və daxili mühitin müəyyən stimullarına şərtsiz-reflektor cavab vermənin anadangəlmə mürəkkəb forması; öyrənmədən asılı olmayan uyğunlaşma davranışı kompleksi. 2. Hərəkət üçün spesifik emosional oyanma ilə uzlaşan anadangəlmə impuls.

 

Konformluq – fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitə şüurlu uyğunlaşma.

 

Libido – psixoloji enerjidir, əsasında insanın başlıca meylləri

 

( seksual və həyat meyli ) durur.

 

Motiv – müəyyən tələbatların ödənilməsi ilə əlaqədar olaraq, fəaliyyətə təhrik etmə.

 

Qıcıqlanma – xarici təsirlərə müəyyən funksional və struktur dəyişmələr kompleksi ilə bütün canlı törəmələrin cavabvermə qabiliyyəti. Yazının ardını oxu »

Follow

Get every new post delivered to your Inbox.